Главная > Siyasət > İran XİN başçısı Naxçıvandadır
İran XİN başçısı Naxçıvandadır30-01-2021, 11:52. Разместил: azadses |
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Naxçıvan Muxtar Respublikasına səfərə gəlib. ''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, bunu iranlı jurnalist Abas Aslani bildirib. “İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif 5 ölkəyə - Azərbaycan, Rusiya, Ermənistan, Gürcüstan və Türkiyəyə səfər edərək tranzit məsələlərini müzakirə etmək üçün bu gün Naxçıvan Muxtar Respublikasına gəlib”, - o qeyd edib. Вернуться назад |