Главная > Siyasət > Leyla Əliyeva işğaldan azad olunmuş ərazilərlə bağlı tapşırıq verib

Leyla Əliyeva işğaldan azad olunmuş ərazilərlə bağlı tapşırıq verib


29-01-2021, 15:07. Разместил: azadses
“30 illik erməni işğalının fəsadlarını görmək hamımızı sarsıtdı. Bu kimi cinayətlər onu göstərir ki, ölkəmizə qarşı ekoloji terror törədilib”.

''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, bunu IDEA İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov işğaldan azad olunmuş ərazilərdəki ekoloji durum, görülmüş və görüləcək işlərlə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, IDEA-nın təsisçisi və rəhbəri Leyla Əliyevanın tapşırığı ilə IDEA işğaldan azad olunmuş ərazilərdə ekoloji vəziyyətin yenidən canlandırılması istiqamətində işlər görəcək: “IDEA ilk olaraq təbii sərvətlərin qiymətləndirilməsi istiqamətində işlər görəcək. Növbəti addım isə həmin yerlərin bərpası olacaq”.


Вернуться назад