Главная > Siyasət > Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub
Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub29-01-2021, 14:55. Разместил: azadses |
Yanvarın 29-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Bu barədə "Azad Səs"-ə XİN-in Mətbuat xidmətindən məlumat verilib. Nazirlər bölgədə mövcud olan vəziyyəti və 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər. Tərəflər, ikitərəfli münasibətlərin müxtəlif aspektləri, həmçinin beynəlxalq təşkilatlarda, o cümlədən BMT, ATƏT və digər çərçivələrdə əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar. Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub. Вернуться назад |