Ermənistanın eks-prezidenti Robert Koçaryan parlament seçkilərinə qatılacaq.
''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, o bu barədə ötən gün verdiyi geniş müsahibə zamanı söyləyib.
“Əgər növbədənkənar seçkilər keçirilsə, iştirak etməyimiz düzgün olar. Seçkilərdə komandamla iştirak edəcəm və qalib gələcəm”-deyə Koçaryan söyləyib.
O, Ermənistan dövlətçiliyindən əsər-əlamət qalmadığını da deyib.
“Rusiya süklhməramlıları azərbaycanlılar və ermənilər arasında toqquşmaların qarşısını almaq üçün gəlmişdilər. Bu gün onlar təkcə bu funksiyanı deyil, həm də Qarabağın təhlükəsizlik təminatçısı rolunu oynayır. Bu o deməkdir ki, bizim dövlətçiliyimizin təkcə qalıqları qalıb”.
Eks-prezident Zəngəzur barədə də danışıb.
“Zəngəzuru yalnız Rusiyanın himayəsi altında olduğumuz üçün itirmədik. Amma bu həmişə belə deyildi. 90-cı illərdə erməni ordusu regionda ən yüksəsk döyüş qabiliyyətinə malik ordu idi və Moskva ilə müttəfiqlik səviyyəsində idik. Amma bu gün o qədər zəifləmişik ki, istənilən qonşu ölkə bizi işğal edə bilər”.