Главная > Siyasət > Elman Nəsirov Əli Əliyevə: “Övladın müharibədə iştirak edibmi?”

Elman Nəsirov Əli Əliyevə: “Övladın müharibədə iştirak edibmi?”


27-01-2021, 08:06. Разместил: azadses
Bu gün Müsavat TV-nin canlı yayımında debata çıxan millət vəkili Elman Nəsirovla VİP sədri Əli Əliyev arasında maraqlı müzakirələrdən biri də müharibə və vətənpərvərlik mövzusu olub.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, debatın gedişində E.Nəsirov hər zaman vətənpərvərlikdən danışan Əli Əliyevin övladlarının müharibədə iştirak edib-etmədiyini soruşub.
 
Bununla da anlaşılmazlıq yaranıb: Ə.Əliyev əvvəlcə 3 oğlu olduğunu və onların çağırış gəlmədiyi üçün müharibəyə getmədiklərini bildirib. Daha sonra isə yalnız bir oğlu olduğunu və onun da səhhətində problem olduğu üçün müharibəyə çağırılmadığını deyib.

Вернуться назад