Главная > Siyasət > Regionda vəziyyət dəyişir: Azərbaycanın YENİ HƏDƏFİ
Regionda vəziyyət dəyişir: Azərbaycanın YENİ HƏDƏFİ21-01-2021, 12:27. Разместил: azadses |
“Azərbaycanın Ermənistanın işğalına son qoyması regionda yeni çağrışlara və siyasi nizamın formalaşmasına gətirib çıxarıb. Bundan sonra ölkəmiz Türkiyə və Pakistanla hərbi texniki əməkdaşlığı inkişaf etdirməklə, üç tərəfli hərbi təlimlərin keçirilməsini reallaşdırmalıdır”. Bu sözləri Redaktor.az-a politoloq Məhəmməd Əsədullazadə deyib. O, Türikyə ilə birgə təlimlərin həyata keçirildiyini bildirib: “Azərbaycana Qarabağ müharibəsində real dəstək verən Türkiyə, Pakistan və İsraillə ortaq bir platformanın qurulmasını həyata keçirmək lazımdır. Qarabağ müharibəsində İsrail və Türkiyə arasında sıx əməkdaşlıq iki ölkənin yenidən geosiyasi reallıq nəticəsində yaxınlaşmasına gətirib çıxardı. Pakistanla İsrail arasında da əlaqələrin qurulması istiqamətində Azərbaycan mühüm rol oyanaya bilər. Onların arasında siyasi əməkdaşlıq yoxdur və rəsmi İslamabad İsraili bir dövlət kimi tanımır. Amma hər iki ölkə Azərbaycanın yaxın hərbi-siyasi tərəfdaşıdır və ortaq nöqtələri var. Bir çox regionlarda maraqları üst-üstə düşür. Azərbaycan Pakistanla İsraili bir araya gətirmək üçün İslmabadla təmaslar qurmalı və danışıqlar aparmaq üçün hər iki ölkənin təmsilçilərini Bakıya dəvət edə bilər. Hətta Bakıdakı səfirlər çərçivəsindədə ilk təmasın qurulması üçün təşəbbüs göstərə bilər. Təbii ki, Türkiyə də barışıq üçün bu danışıqlara cəlb edilməlidir”. Вернуться назад |