Главная > Siyasət > İsgəndər Həmidov vəfat etdi
İsgəndər Həmidov vəfat etdi26-02-2020, 08:08. Разместил: azadses |
Keçmiş nazirin ölüm xəbərini professor Adil Qeybulla yayıb Azərbaycanın sabiq Daxili İşlər naziri İsgəndər Həmidov vəfat edib. Bu barədə məlumatı sosial şəbəkə hesabında Tibb elmləri doktoru, professor Adil Qeybulla paylaşıb. Qeyd edək ki, ötən ayın 24-də İsgəndər Həmidovun halı qəflətən pisləşib və o, huşunu itirib. Mərkəzi Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Həmidov fevralın 5-də "Bakı City Hospital"a aparılmışdı. İsgəndər Məcid oğlu Həmidov 1948-ci ildə Kəlbəcərin Bağlıpəyə kəndində anadan olmuşdu. 1992-ci ildə Ağdərədə gedən döyüşlərdə, minanın partlaması nəticəsində, onun kürəyinə qəlpə girmişdi. 1992-ci il mayın 16-dan 1993-cü il aprelin 16-a qədər Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsində çalışıb. 1992-ci ilin avqust-oktyabr aylarında 701 nəfər məhbusun həbsdən azad etmək, "İstiqlal" qəzetinin redaktorunu və əməkdaşını döymək, 400 min ABŞ dollarını mənimsəmək və israf etmək ittihamları ilə 14 il müddətinə azadlıqdan məhrum edilib.2003-cü ilin dekabrında əfv fərmanı ilə azadlığa buraxılıb. 2019-cu ilin mayın 20-də o səhhəti ilə bağlı Türkiyəyə aparılmış, bir müddət müalicə alan keçmiş nazir sonra Azərbaycana qayıtmışdı. Вернуться назад |