Главная > Siyasət > İlham Əliyevin Şuşaya səfəri - TARİXƏ DÜŞƏN 2 GÜN...

İlham Əliyevin Şuşaya səfəri - TARİXƏ DÜŞƏN 2 GÜN...


16-01-2021, 12:02. Разместил: azadses
"Prezident İlham Əliyevin Şuşaya səfərinin bizim üçün böyük əhəmiyyəti var. Şuşa İslam dünyasının mədəniyyət paytaxtı elan olunub. Bu,  Azərbaycanı İslam aləminin fərqli ölkəsinə çevirir. Şuşa artıq müqəddəs məkandır. İslam dini nəzərindən də yanaşanda bu torpaqlar bütövlükdə dünya müsəlmanlarının müəqəddəs məkanlarından biridir".

Bu sözləri Redaktor.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib. O bildirib ki, bu, çox incə düşünülmüş məsələdir:

"Bildiyimiz kimi, ötən ilə qədər Ermənistanın dövlət rəhbərləri Şuşada təxribatlara əl atır, Azərbaycanı qıcıqlandırmaq istəyirdilər. Lakin bu ilin 8 noyabrında Şuşanın fəth olunması bu gedişatı dayandırdı. Azərbaycan tarixi qələbə əldə etməklə Şuşanı ermənilər üzərində qalibiyyətin simvoluna çevirdi. 

Əlbəttə, burada yeni yolların, dəhlizlərin çəkilməsi planlanıb. Lakin artıq prezidentin Şuşaya səfəri bölgədə yaşayan ermənilər üçün bir mesajdır. Bu o deməkdir ki, sizin prezidentiniz gəlir, onların da reaksiyaları üçün maraqlı addımdır.

Bu, həm də təxribatların bitdiyini, yeni dönəmin başladığını bildirir. Bu səfər bölgəyə dönüşün, yenidən qurmanın simvoludur".


Вернуться назад