Главная > Siyasət > Türkiyə mediası İlham Əliyevin Şuşaya səfərindən yazdı

Türkiyə mediası İlham Əliyevin Şuşaya səfərindən yazdı


16-01-2021, 09:18. Разместил: azadses
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyması və Şuşa şəhərinə səfərinin Türkiyə kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

''Azad Səs'' Axar.az-a istinadən xəbər verir ki, Anadolu və İHA agentliklərinin, TGRT, TRT haber telekanallarının, həmçinin “Sabah”, “Milliyyət”, “Takvim”, “Star”, “Yeni şafaq” və digər nüfuzlu media qurumlarının saytlarında səfər barədə videomateriallar, orijinal fotolar və müxtəlif xəbərlər təqdim olunmaqdadır. Prezident İlham Əliyevin çıxışlarından mühüm məqamlar, həssas mövzularla bağlı ünvanlandığı mühüm mesajlar, hərbçilərimizlə səmimi görüşü və şəkil çəkdirməsi və sair ayrı-ayrı sərlövhələrlə türkdilli ictimaiyyətə çatdırılır


Вернуться назад