Главная > Siyasət > İlham Əliyev beynəlxalq təşkilatlara: "Hesabatı burada hazırlayın, öz kabinetlərinizdə yox"

İlham Əliyev beynəlxalq təşkilatlara: "Hesabatı burada hazırlayın, öz kabinetlərinizdə yox"


15-01-2021, 16:57. Разместил: azadses
"Mən Zəngilanda olarkən dağıdılmış, divarları qalmış məscidin önündəki çıxışımda Azərbaycan xalqına müraciət edərək dedim onlar nə ediblər, beynəlxalq təşkilatlara müraciət edərək dedim ki, gəlin baxın, hesabatı burada hazırlayın, öz kabinetlərinizdə yox".

"Azad Səs" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşaya səfəri çərçivəsində Saatlı məscidini ziyarət edərkən deyib.

"Ermənistan rəhbərliyinin və onun havadarlarının yalan məlumatlarına inanmayın, gəlin öz gözlərinizlə baxın nə günə salıblar bizim məscidlərimizi. Sadəcə olaraq, onlar görüntü yaratmaq üçün Yuxarı Gövhərağa məscidini guya bir xarici şirkətlə birlikdə təmir etdiriblər. Bu təmir bizə lazım deyil. Bu təmir riyakarlıq rəmzidir, sadəcə olaraq, görüntü yaratmaqdır ki, guya Ermənistan rəhbərliyi məscidləri təmir etdirir. Əfsuslar olsun ki, bir ölkənin şirkəti bu çirkin əməllərdə onlarla şərik olub. Əlbəttə ki, Yuxarı Gövhərağa məscidinin təmiri qəbuledilməzdir. Çünki bizim icazəmiz olmadan, qanunsuz olaraq torpaqlarımıza gəlib, orada aylarla oturub, Ermənistanın kriminal xunta rejimi ilə əlbir olub bu məscidi guya təmir ediblər. Bizə belə təmir lazım deyil və heç kimi aldatmasın, heç kim bu yalana uymasın. Biz bütün məscidlərimizi yenidən təmir etdirəcəyik, yenidən bərpa edəcəyik və bütün dünya görməlidir ki, mənfur düşmən bizim müqəddəs məbədlərimizi nə günə salıb", - dövlət başçısı vurğuylayıb.

Вернуться назад