Главная > Siyasət > Füzuli aeroportundan İsa bulağına getmək mümkün olacaq

Füzuli aeroportundan İsa bulağına getmək mümkün olacaq


15-01-2021, 16:49. Разместил: azadses
Füzuli-Şuşa yolunun yeni işlənmiş layihəsinə körpü və tunellərin inşası daxildir.

“Azad Səs” xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin iştirakı ilə, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməlqoyma mərasimində məlumat verilib.

Məlumata görə, çətin relyefə malik olan ərazilərdə dolama yolların yerinə körpü və tunellərin tikintisi nəzərdə tutulur. Yeni yol Füzuli hava limanı ilə əlaqəndiriləcək və bu yoldan İsa bulağına yeni yol çəkiləcək.


Вернуться назад