Главная > Siyasət / Manset > Azərbaycan və Rusiya XİN başçıları Qarabağla bağlı məsələni müzakirə ediblər

Azərbaycan və Rusiya XİN başçıları Qarabağla bağlı məsələni müzakirə ediblər


15-01-2021, 16:40. Разместил: azadses
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Bu barədə "Azad Səs"-ə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazirlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı son vəziyyəti, eləcə də 11 yanvar 2021-ci il tarixində Moskvada imzalanmış birgə bəyanatdan irəli gələn məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.


Вернуться назад