Главная > Siyasət > "Putinin Ərdoğana zəng etməsi İrəvanda narahatlıqla qarşılanacaq"
"Putinin Ərdoğana zəng etməsi İrəvanda narahatlıqla qarşılanacaq"13-01-2021, 16:41. Разместил: azadses |
Rusiya prezidenti Vladimir Putin 2 gün gecikmə ilə gərəkəni etdi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək Azərbaycan və Ermənistan liderlərinin yanvarın 11-də Moskvada keçirilmiş üçtərəfli göüşü barədə türkiyəli həmkarını məlumatlandırdı. Kremldən yayılan məlumatda deyilir ki, Ərdoğan Qarabağ nizamlanması ilə bağlı səylərində Putinə dəstəyini ifadə edib, Rusiya və Türkiyənin bu məsələyə dair fəaliyyətində koordinasiyanın davam etməsinin tərəfdarı olduğunu bildirib. İkinci cümlə önəmlidir. Putin Ərdoğanı yalnız telefonla məlumatlandırmamalıdır, danışıqlarda Türkiyənin iştirakını da təmin etməlidir. Türkiyənin masada olması vacibdir, bunu həm Bakı, həm də Ankara istəyir. Kremlə də aydındır ki, Türkiyə Cənubi Qafqazda, Azərbaycanda və onun tərkib hissəsində Qarabağda artıq mövcuddur. Buna görə də Ankara ilə hesablaşmaq lazımdır. Putinin Ərdoğana zəng edib Moskva bəyanatı barədə türkiyəli həmkarını məlumatlandırması İrəvanda narahatlıqla qarşılanacaq. Mızıldanacaqlar, ancaq ağalarına “niyə bu məsələləri Ankara ilə müzakirə edirsiniz” deyəcək cəsarətləri yoxdur. Elxan Şahinoğlu Politoloq Вернуться назад |