Главная > Siyasət > Ermənilər hücuma çalışdı - Azərbaycan Ordusu şəhid verdi
Ermənilər hücuma çalışdı - Azərbaycan Ordusu şəhid verdi24-02-2020, 11:15. Разместил: azadses |
Ciddi itkilər verən düşmənin bir zabiti ağır yaraldı, biri isə öldürülüb Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozmaqla təxribat törədiblər. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məluymata görə, 24 fevral tarixində saat 07:00 radələrində ER silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki sərhəd döyüş məntəqəsinə diversiya cəhdinin qarşısı alınmış, ciddi itkilər verməyə məcbur olmuş düşmənin bir zabiti ağır yaralanmış, digər hərbi qulluqçusu öldürülüb. Düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu qəhrəmancasına şəhid olub. Вернуться назад |