Главная > Siyasət > Moskva görüşünün detalları: Paşinyan üçün çətin sınaq - EKSPERT İZAH EDİR

Moskva görüşünün detalları: Paşinyan üçün çətin sınaq - EKSPERT İZAH EDİR


11-01-2021, 15:02. Разместил: azadses
"Görüş öncəsi baş veren reaksiyalar göstərir ki, Moskvada 10 noyabr sazişindən sonra yaranan mövcud reallıqları müzakirə etməyə, növbəti müharibədən qaçmaq üçün yeni razılaşmalara ehtiyac var. Prezident İlham Əliyev 6 yanvar müraciətində bildirdi ki, həm erməni XİN rəhbərinin Qarabağa səfəri qanunsuzdur".

Bu sözləri Redaktor.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib. O bildirib ki, Rusiya 10 noyabr razılaşmasının qarantoru kimi birbaşa məsuliyyət daşıyır:

"Üçtərəfli görüşün əvvəlcədən planlaşdırılan gündəliyi regional əlaqələrin açılması, Ermənistandan Rusiya Federasiyasına, İran İslam Respublikasına, eləcə də Ermənistanın mərkəzi bölgələrindən Sünik (Zəngəzur) bölgəsinə beynəlxalq yük daşımalarının həyata keçirilməsinə aid iqtisadi yönlü məsələlər var. Ermənistan tərəfi əsirlərin geri qaytarılması, azərbaycanlılar tərəfdən azad edilmiş ərazidə axtarış-xilasetmə əməliyyatları aparmaq, ölənlərin cəsədlərinin şəxsiyyəti, itkin düşənlərin taleyinin aydınlaşdırılmasıdır. Bu məsələlərdə razılaşmalar əldə edilsə, görüşdən sonra liderlər ortaq bəyanat imzalaya bilər".

Ekspert bildirib ki, Moskva danışıqlarının gündəliyi ilə bağlı bəzi nəticələri İlham Əliyevin açıqlamasından çıxarmaq olar:

"Mən hadisələrdən qabaqlamaq istəmirəm, amma Naxçıvana dəhlizin açılması 10 noyabrda imzalanan birgə bəyanatda öz əksini tapmışdır. Buna görə dəhliz mütləq açılacaqdır".

Вернуться назад