Главная > Siyasət > Xocalı aeroportu ilə bağlı qərar veriləcək - "Bağlanmalıdır!" - EKSPERT RƏYİ
Xocalı aeroportu ilə bağlı qərar veriləcək - "Bağlanmalıdır!" - EKSPERT RƏYİ8-01-2021, 12:27. Разместил: azadses |
"Qarabağın bərpası ilk növbədə yollardan, nəqliyat infrastrukturundan asılıdır. İnfrastruktur qurulduqca bərpa sürətlənəcək və genişlənəcək. Həm bərpa, həm gələcək inkişaf baxımından nəqliyat infrastrukturu nə qədər inkişaf etmiş olsa, nəqliyyat üçün alternativ yollar nə qədər çox olsa, o qədər hərtərəfli xeyrimizədir". Bu sözləri Redaktor.az-a hərbi ekspert Nazim Bayram deyib. O bildirib ki, Şuşaya alternativ yol, yaxud Füzulidə hava limanı tikilirsə, bu, o demək deyil ki, hazırda Qarabağda nəzarətimizdə olmayan yollardan imtina edirik: “Vaxt olub, elə bizim regionda dəmir yolları konsessiyaları üstündə B.Britaniya ilə Rusiya müharibələr aparıb. Bu gün biz Naxçıvan üzərindən Mərkəzi Asiyadan Türkiyəyə və Yaxın Şərqə əlavə dəmir yolu beynəlxalq dəhlizi açırıq. Hərbçi kimi deyim, bunun özü 100 il əvvəl bir müharibəyə səbəb olardı və olub. Biz də dünyaya əlavə və ən mühüm coğrafi çıxışa, Qarabağ müharibəsində qələbəmizin nəticəsində nail olduq. (Sözdə "baza prinsipləri" regionda bütün nəqliyat infrastrukturun açılmalısını nəzərdə tuturdu. Ancaq reallıqda açılırdımı?) Pyotrun "Avropaya pəncərə açmasını" ruslar tarixlərinin ən böyük hadisəsi hesab edirlər. Biz isə Türkiyə ilə quru yolla bilavasitə birləşməmizi, üzərimizdən dünyanı birləşdirən yolların keçəcəyini hesaba almadan, Ağdamdan Xankəndinə bu dəqiqə sərbəst gedə bilməməyimizə görə kəskin narahatçılıq keçiririk. Belə məsələlərə biraz geniş kontekstdə, miqyaslı və canlı bağlılıqda baxmaq lazımdı”. Ekspert Xocalı aeroportu ilə bağlı məsələyə də münasibət bildirib: “Xocalı aeroportuna gəlincə, fikrim qətidir, bu aeroport bizə nə indi, nə sonralar lazım deyil. Yaxın 30 ildə onun açılması nəticə etibarı ilə ermənilərin strateji məqsədlərinə xidmət etmiş olacaq. Ağdam aeroportundan Xankəndinə 25 km - Bakıdan Binə aeroportuna qədərdir. Gələcəkdə Füzuli, Kəlbəcər, Ağdam aeroportları Qarabağın müxtəlif istiqamətlərində yük və sərnişin daşımalarını təmin etməyə kifayətdir. Bu baxımdan, düşünürəm ki, ümumiyətlə beynəlxalq reyestrlərdə Xocalı aeroportunu aeroportlar siyahısından sildirmək lazımdır”. Вернуться назад |