Главная > Siyasət > "Türk hərbçiləri Rusiya sülhməramlılarının fəaliyyətini də tənzimləyəcək" - Polkovnik

"Türk hərbçiləri Rusiya sülhməramlılarının fəaliyyətini də tənzimləyəcək" - Polkovnik


7-01-2021, 15:25. Разместил: azadses
Bu gün Paşinyanın hər hansı bir şəxslə Təhlükəsizlik Şurasının toplantısını keçirməsinin, hər hansı bir bəyanat verməsinin və yaxud da hansısa bir qondarma rejimdən danışmasının heç bir önəmi yoxdur.

''Azad Səs''-in xəbərinə görə, bunu hərbi ekspert, ehtiyatda olan polkovnik Ruslan İmamquliyev deyib.

Polkovnik bildirib ki, türk hərbçiləri bura gəlməklə həm də bölgədəki Rusiya sülhməramlılarının fəaliyyətini tənzimləyəcək:

"Bu gün ortada bir gerçək var - o torpaqlar azad olunub və Azərbaycan torpaqlarıdır. Bu gün işğaldan azad edilən ərazilərdə bizim hərbi qulluqçularımız, bizim polisimiz, bizim Dövlət Təhlükəsizlik Xidmətimiz və aidiyyəti qurumlarımız öz fəaliyyətlərini həyata keçirir. Və bu fəaliyyətlərin tənzimlənməsi üçün də gərəkli fərmanlar, sərəncamlar verilib, ayrıca da fondlar yaradılıb.


Ümumiyyətlə, türk ordusunun bu bölgədə sülhməramlı fəaliyyətinin olması mütləqdir, olmalıdır. Türk hərbçiləri bura gəlməklə bir şəkildə bölgədəki Rusiya sülhməramlılarının da fəaliyyətinin tənzimləmək rolunu həyata keçirəcək. Bölgədə türk sülhməramlılarının, eyni zamanda monitorinq qrupunun fəaliyyət göstərməsi nəinki terrorist qrupların fəaliyyətini artıq məhdudlaşdıracaq, o cümlədən digər aidiyyəti ölkənin sülhməramlı fəaliyyəti də tənzimlənmiş olacaq. Türkiyə sülhməramlılarının Azərbaycana gəlməsi bölgədə nəinki Azərbaycan naminə, region naminə də sülhməramlı missiyaların həyata keçirilməsinə və buna ciddi nəzarət olunmasına töhfə verəcək".


Milli.az

Вернуться назад