Главная > Siyasət > Azərbaycan-Ermənistan qoşunları üz-üzə - Şurnuxda SON VƏZİYYƏT

Azərbaycan-Ermənistan qoşunları üz-üzə - Şurnuxda SON VƏZİYYƏT


5-01-2021, 16:16. Разместил: azadses
Azərbaycan və Ermənistan Sərhəd Qoşunlarının nümayəndələri Rusiya sülhməramlılarının iştirakı ilə hazırda Sünik rayonunun Şurnux kəndində iki ölkənin sərhəd zastavalarının harada yerləşdirilməsi barədə danışıqlar aparır.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bunu kəndin bələdiyyə sədri Akop Arşakyan “Sputnik Ermənistan”a açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda iki ölkənin qoşunlarının hara yerləşdiriləcəyi ilə bağlı məsələ müzakirə olunur. Neytral zonanın olub-olmaması hələ məlum deyil.

A.Arşakyan Azərbaycanın yaxın vaxtlarda kəndin qalan hissəsini tələb edəcəyini istisna etmir.

Qeyd edək ki, 18 dekabrda xalqa müraciəti zamanı Ermənistanın baş naziri Nikol Paşinyan Sünikdəki vəziyyəti şərh edərək Qarabağ müharibəsindən sonra respublikanın beynəlxalq səviyyədə tanınmış sərhədlərə geri qayıtdığını qeyd etmişdi.

Вернуться назад