Главная > Siyasət > Xankəndi ilə bağlı ƏN SON MƏLUMAT

Xankəndi ilə bağlı ƏN SON MƏLUMAT


5-01-2021, 10:34. Разместил: azadses
Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssisləri Dağlıq Qarabağ ərazilərinin minalardan təmizlənməsi üzərində işlərini davam etdirir.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, rus sülhməramlıları 23 noyabr 2020-ci ildən bu günədək təxminən 19 min partlayıcı obyekt zərərsizləşdirib.

“Əməliyyatlar zamanı Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri 414,6 hektardan çox ərazi, 160 km-dən çox yol, 617 yaşayış binası, o cümlədən 20-dən çox sosial əhəmiyyətli obyekti partlamamış hərbi sursatlardan təmizləyib. Aşkarlanmış partlayıcı obyektlər və partlamamış döyüş sursatları xüsusi təchiz edilmiş poliqona aparılaraq məhv edilir. Evakuasiya edilə bilməyən döyüş sursatları isə yerindəcə məhv edilir və bu əməliyyatlar zamanı bütün lazımi təhlükəsizlik tədbirləri təmin olunur”, - Rusiya Müdafiə Nazirliyinin ən son açıqlamasında deyilir.

Bildirilir ki, Xankəndi şəhərində minaların zərərsizləşdirilməsi zamanı Rusiya sülhməramlıları hərbçilərin təhlükəsizliyini təmin etmək və istənilən hava şəraitində sahəni təmizləmək qabiliyyətinə malik olan müasir “Uran-6” sistemlərindən istifadə edir.

Вернуться назад