Главная > Siyasət > MSK daha 5 məntəqənin nəticələrini etibarsız sayd
MSK daha 5 məntəqənin nəticələrini etibarsız sayd19-02-2020, 17:26. Разместил: azadses |
Videogörüntüyə baxıldıqdan sonra səsə qoyulub və etiibarsız sayılıb 30 saylı Suraxanı birinci seçki dairəsinin 1 saylı məntəqəsinin də nəticələri videogörüntüyə baxıldıqdan sonra səsə qoyulub və etiibarsız sayılıb Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 30 saylı Suraxanı birinci seçki dairəsindən namizəd Samirə Rəfullayevanın müraciətinə baxılıb. Azadsəs-in məlumatına görə, məsələ ilə bağlı MSK üzvü İlham Məmmədov məlumat verib. MSK üzvü bildirib ki, namizəd müraciətində bir çox seçki məntəqələrində olduğunu qeyd edib: “Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılıb. Şikayətlə əlaqədar DSK-dan müvafiq sənədlər alınıb və araşdırılıb. Araşdırma nəticəsində 12, 14, 16 və18 saylı məntəqələrdə qanun pozuntuları aşkar edilib. Bununla əlaqədar 4 məntəqədə səsvermənin nəticələri etibarsız sayılmalıdır”. İclasda həmin dairənin 4 seçki məntəqəsi (12, 14, 16 və 18 saylı) üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib. Qeyd edək ki, 4 məntəqənin nəticələrinin ləğv edilməsi lider namizədin dəyişməsinə səbəb olmayıb. Вернуться назад |