Главная > Siyasət > Şurnuxdan çıxan ermənilər: Azərbaycan generalı bizə dedi ki...

Şurnuxdan çıxan ermənilər: Azərbaycan generalı bizə dedi ki...


4-01-2021, 15:31. Разместил: azadses
Sərhədlərin beynəlxalq hüquqa uyğun delimitasiyası nəticəsində Şurnux kəndinin bir hissəsi sabah Azərbaycana təhvil veriləcək.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, kənddəki ermənilər əvvəlcə buna narazılıq etsə də, artıq Azərbaycana qaytarılacaq ərazini boşaldırlar.

Şurnuxun erməni icmasının rəhbəri Akop Arşakyan erməniləri sabahdan etibarən təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

“Əgər mal-qara sərhəd xəttini keçəcəksə, onun arxasınca getmək olmaz. Azərbaycanlı general bizə xəbərdarlıq etdi ki, mal-qaranın da dövlət sərhədini keçməsinə icazə verilməyəcək”, - o deyib.

Gorusun meri Aruş Aruşanyan da bildirib ki, 8 yanvardan etibarən mal-qaranın hrəkəti və otlaq sahəsi ilə bağlı problemlər yaranacaq.

“Doğrudur, bizdə hökumət yoxdur, amma düşünməyin ki, bu yükü sizin çiyinlərinizə qoyacağıq, biz ölməmişik hələ” – o deyir.

Ermənilər təklif ediblər ki, mal-qaranın sərhədi keçməməsi üçün tikanlı məftillər quraşdırılsın.

Вернуться назад