Главная > Siyasət > Rusiyadan Ermənistanı çətin durumda qoyan AÇIQLAMA: 10 mindən çox...

Rusiyadan Ermənistanı çətin durumda qoyan AÇIQLAMA: 10 mindən çox...


31-12-2020, 10:22. Разместил: azadses
Rusiya pirotexnika mütəxəssisləri Qarabağda 10 mindən çox sursat aşkarlayıb.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Axtarış işlərinin böyük hissəsinin Əsgəran bölgəsinin Ballıca qəsəbəsi ətrafında aparıldığı bildirilib.

“Rusiya Fövqəladə Hallar Nazirliyinin “Lider” birliyinin pirotexnika mütəxəssisləri Dağlıq Qarabağda işlərini davam etdirirlər. Mütəxəssislər bu günə qədər 53 hektar ərazidə işləyiblər və 10 mindən çox partlayıcı aşkarlanıb”, - məlumatda qeyd edilib.

Tapılan silah-sursat məhv edilməsi üçün mina təmizlənmə mərkəzinə aparılıb.

Mütəxəssislər 30-152 millimetr arasında 4700-dən çox mərmi, 416 minaatan, 378 top mərmisi, 260-dan çox “Qrad” sistemi hissələri, 3200-dən çox mərmi, 540 əl bombası və beş tank əleyhinə idarə olunan “Malyutka” və “Faqot” raketinin mərmilərini aşkarlayıb.

Вернуться назад