Главная > Siyasət > SON DƏQİQƏ: Hülusi Akar Azərbaycana GƏLDİ
SON DƏQİQƏ: Hülusi Akar Azərbaycana GƏLDİ31-12-2020, 10:17. Разместил: azadses |
Türkiyənin milli müdafiə naziri Hülusi Akar Azərbaycana səfərə gəlib. "Azad Səs" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, nazir Qarabağda atəşkəsə nəzarət üçün Ağdam rayonunda yerləşəcək Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzində xidmət edəcək türkiyəli hərbçilərlə görüşüb. “Biz vəzifəmizi yerinə yetirməyə hazırıq. Mərkəz işə başladıqdan sonra fəaliyyətimiz daha da güclənəcək. Azərbaycanlı qardaşlarımızın hüquqlarını müdafiə etmək üçün vəzifəmizi yerinə yetirəcəyik", - H.Akar deyib. Вернуться назад |