Главная > Siyasət > "Azərbaycan Rusiyaya nota verməlidir" - QARABAĞDA NƏ BAŞ VERİR?
"Azərbaycan Rusiyaya nota verməlidir" - QARABAĞDA NƏ BAŞ VERİR?28-12-2020, 15:47. Разместил: azadses |
“Rusiyanın Xankəndiyə göndərdiyi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları burada ermənilərin sosial vəziyyətinin yaxşılaşdırılması və infrastrukturunun qurulmasını həyata keçirir. İlk növbədə onu qeyd edim ki, bu, Rusiyanın burada sülhməramli missiyasına ziddir”. ''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsadullazadə deyib. O bildirib ki, Rusiya Dağlıq Qarabağda təkcə öz sülhməramli qüvvələri ilə təmsil olunmalıdır: “Xocalıda separatçı rejimin "FHN nümayəndəsi" Rusiya Fövqalədə Hallar Nazirliyinin əməkdaşlarını üzərində separatçı rejimin "bayrağı" olan medallarla təltif edib. Rusların bu qanunsuz medalları alması, burada separatizmə dəstək vermək və tanımaqdır. Bu, Rusiyanın Dağlıq Qarabğada sülhməramlı fəaliyyətində nə qədər qeyri-səmimi olduğunu, sülhə və təhlükəsizliyə töhfə vermədiyini göstərir. Azərbaycan bu haqda Rusiyaya nota verməli, Xarici İşlər Nazirliyi Rusiya səfirindən izahat tələb etməlidir”. Вернуться назад |