Главная > Siyasət > Qazilərlə bağlı Milli Məclisdə MÜHÜM TƏKLİF

Qazilərlə bağlı Milli Məclisdə MÜHÜM TƏKLİF


25-12-2020, 12:25. Разместил: azadses
Azərbaycanda qazi və veteranları birləşdirən federasiyanın yaradılması təklif edilib.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bu təkliflə millət vəkili Azay Quliyev bu gün Milli Məclisin plenar iclasında çıxış edib.
Onun sözlərinə görə, belə bir federasiya yaradaraq, dövlət büdcəsindən vəsait ayırmaq yaxşı olardı.
“Şəhid ailələri və qazilərin sosial təminatı Prezident İlham Əliyevin diqqətindədir, yaxın günlərdə də bu istiqamətdə müvafiq addımların atılması gözlənilir. Səfərbərlik üçün hərbi xidmətə çağırılan şəxslərə hər ay birdəfəlik 360 manat verilir. Bu vəsaitin dəfələrlə artırılmasına ehtiyac var. Keçmiş iş yerlərində maaşları saxlanılanlar istisna olmaqla, işləməyən hərbi qulluqçuların müavinətlərinə yenidən baxmalıyıq. Digər tərəfdən, gizirlərə 128 manat ərzaq təminatı ilə bağlı vəsait ödənilməlidir. Ancaq Nazirlər Kabinetinin son qərarı nəzərə alınmaqla, artımlarla bu vəsait ödənilmir. Bu məsələyə də Maliyyə Nazirliyi aydınlıq gətirməlidir”, - o bildirib.

Вернуться назад