Главная > Siyasət > Brüsseldə Qarabağla bağlı layihə: Ədalətsiz qərar dəyişdirildi

Brüsseldə Qarabağla bağlı layihə: Ədalətsiz qərar dəyişdirildi


25-12-2020, 09:25. Разместил: azadses
Belçikanın paytaxtı Brüsselin İxelles bələdiyyəsi Dağlıq Qarabağla bağlı qərar layihəsi hazırlayıb. 
Bu barədə Diasporla İş Üzrə Dövlət komitəsi məlumat yayıb.
Brüsseldə yaşayan Azərbaycan icmasından bildirilib ki, qərar layihəsinin ilkin versiyasında ölkəmizə qarşı qərəzli mövqe ifadə olunub.
İcma üzvlərinin İxelles bələdiyyə rəhbərliyinə ünvanladığı müraciət, eləcə də, keçirilən görüşlər nəticəsində ədalətli yanaşma təmin edilib və qərarın mətninin dəyişdirilməsinə nail olunub.
Xatırladaq ki, Brüsselin 19 bələdiyyəsindən biri olan İxelles bələdiyyəsi paytaxtın mərkəzi hissəsində yerləşir.
90 min nəfərə yaxın əhalisi olan bu ərazidə 170-dən çox xarici ölkənin vətəndaşı məskunlaşıb. 


Вернуться назад