Главная > Siyasət > Rus məmur:"Allah eləməsin Rusiya türklərlə üz-üzə gəlsin"

Rus məmur:"Allah eləməsin Rusiya türklərlə üz-üzə gəlsin"


11-02-2020, 10:04. Разместил: azadses
Rusiyadan İdlibdəki 5 türk hərbçinin ölümü ilə bağlı ilk açıqlama
Rusiya İdlibdə Türkiyə və Suriya hərbçiləri arasındakı qarşıdurmaya qarışmayacaq. Bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər üzrə Komitəsinin sədr müavini Vladimir Cabbarov deyib.
"Xüsusi ilə orada hərbi əməliyyatlara qataılmaq bizim ölkəmiz üçün o qədər də yaxşı deyil. Terrorçularla savaşmaq ayrı məsələ. Allah eləməsin türklərlə də toqquşaq". 
Onun sözlərinə görə, Rusiya Türkiyəyə qarşı savaa hazır deyil. Bunun üçün də rusiyalı hərbçilər türklərin Bəşər Əsəd qüvvələri ilə münaqişəsinə daxil olmamalıdırlar.
Cabbarovun fikirncə, bu gün münaqişəsnin gücdən istifadə edilməməklə həlli üçün "diplomatiya vaxtı"dır. 
Türkiyənin 5 şəhid verməsindən sonra Rusiyadan daha bir açıqlama gəlib. Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov İdlibdəki vəziyyətdən narahatlıqlarının davam etdiyini bildirib. 
Peskov Rusiya və türkiyə prezidentlərinin görüş ehtimalını da açıqlayıb. "Hələlik liderlərin bir araya gəlməsi ilə bağlı konkret plan yoxdur. Ancaq Moskva bunu istisna etmir". 


 


Вернуться назад