Главная > Siyasət > “Rus qoşunları Azərbaycanı tərk etməlidir”
“Rus qoşunları Azərbaycanı tərk etməlidir”23-12-2020, 08:48. Разместил: azadses |
“Qarabağda baş verənlərlə bağlı doğruları xalqa çatdırmalıyıq. Xalq indidən nələrərin baş verdiyindən xəbərdar olmalı, gələcək üçün səfərbər edilməli və hədəfə doğru addım-addım irəliləməlidir”. ''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Demokratiya Hərəkatının sədri Qubad İbadoğlu deyib. Q.İbadoğlu bildirib ki, hədəf Qarabağda özünü ağa kimi aparan rus qoşunlarının çıxarılması olmalıdır: “Bəziləriniz üçün mümkünsüz görünən bu işin öhdəsindən Azərbaycan xalqı yaxın tarixdə 3 dəfə, həmişə də qansız-qadasız gələ bilib. Rus qoşunları birinci dəfə 1992-ci ildə Naxçıvanı, ikinci dəfə 1993-cü ildə Əbülfəz Elçibəyin hakimiyyəti dövründə Azərbaycanı, üçüncü dəfə 2013-cü ildə isə Qəbələni münaqişəsiz şəkildə tərk edib. Əminəm ki, 4-cü dəfə də buna nail olacağıq, rusları çətin olsa da, Qarabağdan da çıxaracağıq. Sadəcə, bu barədə hər an düşünməli və müntəzəm çalışmalıyıq. Bu hədəfə doğru xalqı səfərbər etmək üçün də acı olsa da, düz olanı danışmalıyıq. Baxmayaraq ki, atalar “Doğru danışanın papağı yırtıq olar” deyiblər, eybi yoxdur, təki qəlbimiz dəlinməsin. Doğru yalanı qovar, sadəcə, zamana ehtiyac var”. Вернуться назад |