Главная > Siyasət > Paşinyan Rusiyaya qarşı çıxdı - ERMƏNİSTANI NƏ GÖZLƏYİR?

Paşinyan Rusiyaya qarşı çıxdı - ERMƏNİSTANI NƏ GÖZLƏYİR?


21-12-2020, 17:00. Разместил: azadses
"Nikol Paşinyan porsesləri əla almaqla, Rusiyanın onu devrimək planının qarşısını alır və müxalifəti neytrallaşdırır".

Bu sözləri Redaktor.az-a politoloq Məhəmməd Əsadullazadə deyib. O bildirib ki, Rusiya əleyhinə Nikol Paşinyan birbaşa fəaliyyətə keçməsə də, dəstəklədiyi siyasi partiyaları bu prosesə cəlb edib: 

“Bununla Paşinyan ölkəsində Rusiya əleyhinə isterianı davam etdirəcəyini göstərir. Qeyd edim ki, Ermənistan Avropa Partiyasının Gümrüdəki Rusiya bazasının çıxarılması barədə mitinq keçirməsi təsadüfi deyil və bu, Qarabağ müharibəsində məğlub olan Ermənistanın Rusiyadan uzaqlaşmaq kursunun tərkib hissəsidir.

Baş nazir Nikol Paşinyana qarşı müxalifətin mitinqləri səmərəli olmadı. Ötən gün Nikol Paşinyanın geniş xalq kütləsi ilə yürüş etməsi də müxalifətə və Rusiyaya mesaj idi. Çünki Robert Koçaryan yenidən səhnəyə qayıdıb və Moskvada anti-Paşinyan layihəsini müzakirə edib”.

Politoloqun sözlərinə görə, Nikol Paşinyan bundan sonra Rusiyaya qarşı proseslərə start verib, Gümrüdəki Rusiya hərbi bazasının çıxarılması üçün vətəndaş cəmiyyətini və qərbyönümlü siyasi partiyaları önə verəcək.

Вернуться назад