Главная > Siyasət > Putin Polad Bülbüloğlunu təbrik etdi

Putin Polad Bülbüloğlunu təbrik etdi


4-02-2020, 09:51. Разместил: azadses
Azərbaycanın Rusiyadakı səfirinin 75 illik yubileyidir
Rusiya prezidenti Vladimit Putin Azərbaycanın Xalq artisti, Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunu yubileyi münasibəti ilə təbrik edib. Bu barədə Kremlin saytında məlumat yer alıb. 
Rusiya lideri onun iki ölkə arasındakı əlaqələrin möhkəmlənməsində verdiyi töhfələri yüksək qiymətləndirib. 
O, həmçinin qeyd edib ki, Rusiyada P.Bülbüloğlunun parlaq bəstəkarlıq, musiqiçi və aktyorluq istedadı da yüksək qiymətləndirilir. 
Xatırladaq ki, bu gün bəstəkar, müğənni və ictimai xadim, Xalq artisti, Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunu 75 yaşının tamam olur. 




Вернуться назад