Son sutka ərzində İrəvandan Xankəndiyə avtobuslarla daha 470 erməni gətirilib.
''Azad Səs'' Axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı adətən Rusiya MN yaysa da, bu dəfə Ermənistan MN yayıb.
Erməniləri gətirən avtobusların rus sülhməramlıları tərəfindən müşayiət olunduğu, rusların onlara humanitar yardım göstərdiyi, evlərini bərpa etdiyi və s. bildirilib.
Qeyd edilib ki, bununla da Qarabağa qaytarılan ermənilərin sayı 42 mini keçib.