Главная > Siyasət > Ermənistanla Rusiya Zəngəzurla bağlı GİZLİ MÜQAVİLƏ İMZALADI: Bundan sonra...

Ermənistanla Rusiya Zəngəzurla bağlı GİZLİ MÜQAVİLƏ İMZALADI: Bundan sonra...


18-12-2020, 16:44. Разместил: azadses
Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan dünən Nikol Paşinyanın əmrinə əsasən, Rusiya ilə gizli müqavilə imzalayıb.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Mediaport” erməni teleqram kanalı yazır.

Gizli müqaviləyə görə Sünik (Zəngəzur) mövqelərinin müdafiəsi Rusiya sərhədçilərinə verilib.

Teleqram kanalı iddia edir ki, Sünikdə təmas xətti Ermənistanın iştirakı olmadan Rusiya və Azərbaycan arasında müəyyən edilib.

“Bu, Paşinyanın son bir ayda imzaladığı ikinci sənəddir. Hökumətin bəzi üzvləri müqaviləyə qarşı olsa da, Paşinyan hakimiyyətini uzatmağın yolunun bu olduğunu bildirib”, - kanal yazır.


Вернуться назад