Главная > Siyasət > Azərbaycan Ordusu hərəkətə keçə bilər - Ermənilərə saat 17:00-a qədər vaxt verilib?

Azərbaycan Ordusu hərəkətə keçə bilər - Ermənilərə saat 17:00-a qədər vaxt verilib?


18-12-2020, 15:36. Разместил: azadses
Təxminən bir ay fasilədən sonra atəşkəsin pozulduğu Dağlıq Qarabağda Azərbaycan Ordusunun Qafan ətrafındakı yüksəklikləri tərk etməsi üçün Ermənistana verdiyi vaxt bu gün başa çatır.
''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, bu haqda Türkiyənin "Milliyət" qəzeti məlumat yayıb.
Artıq sözügedən əraziləri ermənilərin tərk etməsi qeyd olunur. Yerli mediaya danışan bələdiyyə sədri Gevorg Parsyan, "Ermənistan Müdafiə Nazirliyi əsgərlərə saat 17:00-a qədər yüksəkliklərdən geri çəkilməsini əmr edib" deyə bildirib.
G.Parsyan həmçinin Azərbaycan Ordusunun öz sərhədini bərpa etdiyini, Qafan hava limanından təxminən 300 metr uzaqlıqda olduğunu deyib.

Вернуться назад