Главная > Siyasət > İlham Əliyev: "Erməni tankları Bakıya gəldi, amma qənimət kimi"

İlham Əliyev: "Erməni tankları Bakıya gəldi, amma qənimət kimi"


18-12-2020, 13:23. Разместил: azadses
“Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanın münaqişənin həll üzrə mövqeyindən çəkilmədiyi təqdirdə bizi erməni tanklarının yaxın zamanlarda Bakının küçələrində olacağı ilə qorxutmağa çalışırdılar”.

“Azad Səs” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının videokonfrans formasında keçirilən iclasında deyib.

“Nəticədə belə də oldu. Sadəcə erməni tankları bizim küçələrdə Azərbaycanın müharibədəki qələbəsinə həsr olunan və dekabrın 10-da keçirilən Zəfər paradında qənimət kimi nümayiş etdirildilər”, - Prezident vurğulayıb.


Вернуться назад