Главная > Siyasət > Bəzi deputatlar, Milli Məclis Aparatının əməkdaşları koronavirusa yoluxub

Bəzi deputatlar, Milli Məclis Aparatının əməkdaşları koronavirusa yoluxub


18-12-2020, 11:19. Разместил: azadses
“Bizim də içərimizdə çoxlu sayda COVID-19-a yoluxanlar var. Milli Məclisin Aparatının əməkdaşları, deputatlar, texniki işçilər koronavirusa yoluxub”.
 
''Azad Səs'' xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
 
“Biz hamıya deyirik ki, özünüzü qoruyun. Ancaq burada müzakirələr aparırıq. Təklif edirəm ki, gündəlikdəki məsələlər səsverməyə çıxaraq”,- deyə o bildirib.
 
Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, bu məsələ dünən komitə sədrlərinin iştirakı ilə keçirilən iclasda müzakirə edilib.

Вернуться назад