Главная > Siyasət > 12 mindən çox azərbaycanlı Xankəndinə qayıdır

12 mindən çox azərbaycanlı Xankəndinə qayıdır


18-12-2020, 09:04. Разместил: azadses
“12 mindən çox azərbaycanlının Xankəndinə qayıdacağı ilə bağlı yayılan xəbərlər tamamilə cəfəngiyatdır”.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bu barədə qondarma “DQR” lideri Arayik Arutyunyanın mətbuat katibi Vaqram Poğosyan öz “Facebook” hesabında yazıb. “Vestnik Kavkaza saytı həmişə rusdilli əhali arasında təbliğat yaratmaq məqsədi güdüb. Ermənistan KİV-dən bu saytın xəbərlərinə istinad etməkdən çəkinməyi xahiş edirəm”, - Poğosyan bildirib.
 
Xatırladaq ki, bu gün “Vestnik Kavkaza” xəbər saytı 12 mindən artıq azərbaycanlının Xankəndinə qayıtması üçün işlərin başlanması barədə xəbər yayıb.

Вернуться назад