Главная > Siyasət > Ceyhun Bayramov Brüsselə yola düşüb

Ceyhun Bayramov Brüsselə yola düşüb


17-12-2020, 08:11. Разместил: azadses
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 17-ci iclasında iştirak etmək məqsədilə Brüssel şəhərinə yola düşüb.

Bu barədə "Azad Səs"-ə Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Səfər çərçivəsində Ceyhun Bayramovun Avropa İttifaqı, eləcə də Belçika Krallığının rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.


Вернуться назад