Главная > Siyasət > Rusiya XİN rəsmisi Qırmızı Xaç Komitəsinin nümayəndəsi ilə Qarabağı müzakirə etdi

Rusiya XİN rəsmisi Qırmızı Xaç Komitəsinin nümayəndəsi ilə Qarabağı müzakirə etdi


16-12-2020, 10:03. Разместил: azadses
Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) böhranlı vəziyyətlərdə operativ qrupunun rəhbəri Paskal Hundt ilə görüşüb.
''Azad Səs'' Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
Bildirilir ki, görüş zamanı xüsusən Dağlıq Qarabağ münaqişəsinin humanitar nəticələrinin aradan qaldırılması üçün Rusiya ilə BQXK arasında qarşılıqlı fəaliyyət məsələləri ətraflı nəzərdən keçirilib.


Вернуться назад