Главная > Siyasət / Cəmiyyət > “Rus xalqının əksəriyyəti Azərbaycan xalqının yanında idilər” - Şevçenko
“Rus xalqının əksəriyyəti Azərbaycan xalqının yanında idilər” - Şevçenko15-12-2020, 15:24. Разместил: azadses |
“Vətən uğrunda öz həyatını qurban verən şəhidlərin portretlərini görürəm, onlarla və ümumiyyətlə burada gördüklərimlə müqayisədə mənim çəkdiklərim heç nədir”. ''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu rusiyalı siyasətçi, jurnalist, televiziya aparıcısı və ictimai xadim Maksim Şevçenko Gəncəyə səfəri zamanı jurnalistlərin “Sizə çoxmu təzyiqlər olub?” sualına cavabında deyib. Rusiyalı jurnalistin sözlərinə görə, Gəncədə gördükləri ilə ona edilən təzyiqlər müqayisə olunsa, onun çəkdikləri küləyin göstərdiyi təzyiqdən fərqlənməz. “Buna görə də demək istəyirəm ki, “mənim fikrim” dedikdə təkcə Maksim Şevçenkonun fikri deyil, həm də böyük sayda Rusiya vətəndaşı nəzərdə tutulur. Hansılar ki, siz onların səsini Rusiyanın rəsmi kanallarında eşitməsəniz də, onlar Moskvada, Kazanda, Ufada, Yakutskda, Qafqazda yaşayırlar və rəsmi kanallarda aparılan təbliğata baxmayaraq, bilirdilər ki, həqiqət Azərbaycanın tərəfindədir. İnanın mənə, rus xalqının əksəriyyəti, Rusiyada yaşayan başqa xalqlar, eləcə də də tatar, başqırd, Qafqaz xalqları, hamısı sizin yanınızda idilər. Çünki biz haqqın tərəfindəyik. Buna görə də əgər sizə elə gəlirsə ki, televiziyanın səsi Rusiyanın səsidir, inanın bu belə deyil. Siz haqq-ədaləti bərpa etdiniz. Mən düşünürəm ki, sizdən ruhlanaraq çoxları bundan nümunə götürəcək”, - deyə o vurğulayıb. Вернуться назад |