Главная > Siyasət > “Rusiya sülhməramlı qüvvələri cızığından çıxarsa...” – Hafiz Hacıyev

“Rusiya sülhməramlı qüvvələri cızığından çıxarsa...” – Hafiz Hacıyev


15-12-2020, 15:07. Разместил: azadses
“Əgər Rusiya sülhməramlı qüvvələri cızığından çıxarsa, Azərbaycan tərəfinin sərt cavabı ilə üzləşəcəklər”.
 
''Azad Səs'' Yenicag.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya sülhməramlılarının Dağlıq Qarabağ ərazisindəki son davranışlarına münasibət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.
 
Partiya sədrinin sözlərinə görə, Rusiyanın Azərbaycanla münasibətlərini normal səviyyədə saxlaması daha məqsədəuyğundur:
 
“Rusiya özünün əvvəlki nüfuzunu bərpa etməyə çalışır, amma bunun mümkün olmadığını bilmir. Artıq Azərbaycan heç bir halda əvvəlki dövlət deyil. Bunu Rusiya da nəzərə almalıdır.
 
Qarabağ məsələsi ilə bağlı Rusiyanın məlum cəhdlərindən çox olacaq. Lakin Azərbaycan dövləti Rusiyanın məlum istəklərini reallaşdırmağa imkan verməyəcək. Hər halda, Azərbaycan öz sözünü dedi və lazım olanda yenə də mövqeyini ortaya qoyacaq.
 
Əgər Rusiya sülhməramlı qüvvələri cızığından çıxarsa, Azərbaycan tərəfinin sərt cavabı ilə üzləşəcək. Rusiya düşünməsin ki, əvvəlki gücə malikdir və bizi qorxuda bilər”.

Вернуться назад