Главная > Siyasət > Lavrov ABŞ-ın Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsini pislədi
Lavrov ABŞ-ın Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsini pislədi15-12-2020, 09:27. Разместил: azadses |
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsini pisləyib. ''Azad Səs'' Sonxeber.az-a istinadən xəbər verir ki, bu fikri Rusiya XİN-in başçısı Bosniya və Herseqovina prezidiumunun üzvü Milord Dodik ilə Moskvadakı görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında bildirib. O deyib ki, ABŞ Türkiyəyə qarşı C-400 zenit-raket komplekslərinə görə sanksiyalar tətbiq edib. Nazir bunu beynəlxalq hüquqa qarşı növbəti təkəbbürlü münasibət, ənənəvi birtərəfli qeyri-legitim məcburetmə tədbiri kimi qiymətləndirib. S.Lavrovun fikrincə, bu cür yanaşma beynəlxalq aləmdə ABŞ-ın nüfuzunu artırmır. Xatırladaq ki, ABŞ Türkiyə Müdafiə Sənayesi İdarəsi, onun rəhbəri İsmayıl Dəmir və daha üç Türkiyə vətəndaşına qarşı sanksiya tətbiq edib. Dövlət katibi Maykl Pompeo yeni sanksiyaların Türkiyənin Rusiyadan C-400 zenit-raket sistemləri alması ilə bağlı olduğunu təsdiqləyib. Вернуться назад |