Главная > Siyasət / Manset > Hikmət Hacıyev xarici jurnalistlərin suallarını cavablandırıb

Hikmət Hacıyev xarici jurnalistlərin suallarını cavablandırıb


14-12-2020, 12:38. Разместил: azadses
Dekabrın 9-da Global Journalism Council-un təşkilatçılığı ilə Azərbaycana səfər edən xarici jurnalistlər işğaldan azad edilmiş ərazilərimizdə - Füzulidə, Ağdamda, eləcə də ən çox raket hücumuna məruz qalan Tərtərdə olublar.
''Azad Səs'' xəbər verir ki, xarici jurnalistlər ermənilərin törətdiyi vəhşiliklə yerində tanış olublar. Məcburi köçkünlərlə görüşərək gerçəkləri həm də işğal hadisələrinin canlı şahidlərinin dilindən eşidiblər.
Dekabrın 12-də Prezidentin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizə səfər edən xarici jurnalistləri qəbul edib və onların suallarını cavablandırıb.
H.Hacıyev Ermənistanın işğalçılıq siyasəti və son vəziyyətlə bağlı əcnəbi jurnalistləri məlumatlandırıb.
Prezidentin köməkçisi xüsusilə ermənilərin mədəni və mənəvi sərvətlərimizə vurduğu ziyan barədə danışaraq nə zamansa maddi müstəvidə dəyən zərərin bərpa olunacağını, ancaq maddi və mədəni zərərin çətin sağalacağını deyib.
Hikmət Hacıyevlə görüşdə Global Journalism Council-un beynəlxalq məsələlər üzrə rəhbəri azərbaycanlı jurnalist Elşad Eyvazlı, əcnəbi jurnalistlər Shinji Hashimoto (Kyodo- Japan), Aziz Gürpınar (Kyodo News), Piotr Patryk (The Economist, USA), Jordi Banos (La Vanguardia-Spain), Filippo Cicciu (RSI Switzerland), Albert Naya (CNN İspanya),Paul Osterlund (Foreign Policy -USA), Ilya Topper (EFE, Spain), Kahraman Haliscelik (GJC) və İsmail Bayazit (GJC) iştirak edib.Report


Вернуться назад