Главная > Siyasət > Erməni terrorçular Şuşa ətrafında gizləniblər - Ordumuz hərəkətə keçə bilər... / AÇIQLAMA

Erməni terrorçular Şuşa ətrafında gizləniblər - Ordumuz hərəkətə keçə bilər... / AÇIQLAMA


14-12-2020, 12:11. Разместил: azadses
“Terrorçuların əlində zirehli texnika və ağır silahlar da var. Onlar Şuşanın cənubunda Çaylaqqala ətrafındakı dağlarda gizləniblər. Sülhməramlılar təcili onları qovmalıdır, əks halda Azərbaycan ordusu bunu edəcək”.
''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq Zaur Məmmədov erməni terror qruplaşmalarının işğaldan azad olunan ərazilərdə təxribat törətməsi ilə bağlı danışarkən deyib. O bildirib ki, Şuşa istiqamətində və bundan əvvəl isə Hadrut istiqamətində toqquşmanın baş verməsi təsadüf deyil:
“Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndlərində gizlənmiş erməni terrorçuları Azərbaycan Ordusunun əsgərlərinə və mülki şəxslərə qarşı hücumlar edib, nəticədə, ölən və yaralananlar var. Azərbaycan bundan öncə həm Rusiya sülhməramlılarına, həm də erməni tərəfinə belə hallar baş verəcəyi təqdirdə ciddi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edib. Keçirilmiş əməliyyat nəticəsində hazırda həmin kəndlərə Azərbaycan nəzarət edir. Əgər yeni hallar baş verəcəksə, Azərbaycan tərəfi adekvat addımlar atacaq. Rusiya sülhməramlıları Azərbaycan torpaqlarında oturduqlarını və əsl missiyalarının erməni qruplaşmalarının Qarabağdan çıxarılması olduğunu unutmamalıdır. Üçtərəfli bəyanatda da qeyd edilir ki, sülhməramlıların bölgəyə yerləşdirilməsilə eyni anda erməni hərbi birləşmələri torpaqları tərk etməlidir. Deməli, bu öhdəliyi sona qədər icra etmək lazımdır”.

Вернуться назад