Главная > Siyasət > Ermənilərin qəfil hücumu nəticəsində 4 hərbi qulluqçumuz şəhid olub - “Azercell”in əməkdaşı ağır yaralanıb
Ermənilərin qəfil hücumu nəticəsində 4 hərbi qulluqçumuz şəhid olub - “Azercell”in əməkdaşı ağır yaralanıb13-12-2020, 12:57. Разместил: azadses |
Noyabr ayının 26-də işğaldan azad olunmuş Xocavənd rayonun Sur kəndində Müdafiə Nazirliyinin həmin ərazidə xidmət aparan hərbiçilərinə ermənilərin qəfil hücumu nəticəsində 3 hərbi qulluqçumuz öldürülüb, 2 nəfər yaralanıb. ''Azad Səs''-in xəbərinə görə, bu, Dövlət Təhlükəsizliyi Xidməti və Müdafiə Nazirliyinin yaydığı birgə məlumatda əksini tapıb. Dekabrın 8-də həmin rayonun Hadrut qəsəbəsi yaxınlığında rabitə qurğularının və ötürücü avadanlıqların quraşdırılması işlərinin aparılması zamanı 1 hərbi qulluqçu həlak olub və “Azercell” şirkətinin əməkdaşı ağır yaralanıb. Qeyd olunan nəzərə alaraq, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti həmin ərazidə anti-terror əməliyyatı keçirmək məcburiyyətində qalıb: "Ermənistanın bəzi rəhbər şəxslərinin və erməni kütləvi informasiya vasitələrinin bu kimi hallara görə Rusiya sülhməramlı qüvvələrinə və Azərbaycan tərəfinə qarşı əsassız iddialar irəli sürməsi qəbuledilməzdir”. Вернуться назад |