Главная > Siyasət > Merkel və Makrondan Türkiyə ilə bağlı AÇIQLAMA

Merkel və Makrondan Türkiyə ilə bağlı AÇIQLAMA


11-12-2020, 15:40. Разместил: azadses
Avropa İttifaqının (Aİ) Türkiyəyə qarşı sanksiyaların tətbiqinin də gündəliyə daxil olduğu Zirvə Toplantısından sonra Almaniya Kansleri Angela Merkel və Fransa Prezidenti Emmanuel Makron açıqlama verib.
 
Azad Səs Pravda.az-a istinadən xəbər verir ki, Merkel Türkiyə ilə daha yaxşı əlaqələr qurmağa çalışdıqlarını qeyd edib. Kansler deyib ki, martda keçiriləcək növbəti iclas üçün Aİ-nin nümayəndəsi Jozep Borrellə Türkiyə ilə münasibətlərə dair hesabat hazırlamağı tapşırıb.
 
“Türkiyəyə silah satışının NATO çərçivəsində nəzərdən keçirilməsini qəbul etdik”,- deyə Merkel çıxışına əlavə edib.
 
Makron isə “Avropa İttifaqı Türkiyə ilə dialoq qapısını açıq saxlayır”,- deyə qeyd edib.
 
Aİ-nın sədri Şarl Mişel immiqrasiya ilə mübarizə üçün Türkiyə ilə daha çox işbirliyinə hazır olduqlarını söyləyib.

Вернуться назад