Главная > Siyasət / Manset > İlham Əliyevdən hərbi vəziyyətin ləğvi ilə bağlı FƏRMAN
İlham Əliyevdən hərbi vəziyyətin ləğvi ilə bağlı FƏRMAN11-12-2020, 15:04. Разместил: azadses |
Prezident İlham Əliyev Hərbi vəziyyətin ləğv edilməsi haqqında Fərman imzalayıb. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndini və 111-ci maddəsini rəhbər tutaraq, "Hərbi vəziyyət haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı və 8-ci maddələrinə əsasən qərara alıram: 1. "Hərbi vəziyyət elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının bütün ərazisində elan edilmiş hərbi vəziyyət 2020-ci il 12 dekabr saat 00:00-dan ləğv edilsin. 2. Bu Fərman təsdiq olunması üçün Azərbaycan Respublikasının Milli Məclisinə göndərilsin. 3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi "Hərbi vəziyyət haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsindən irəli gələn vəzifələrin həyata keçirilməsini təmin etsin. Вернуться назад |