Главная > Siyasət > Abrahamyandan İrəvan və Göyçə ETİRAFI: 1-2 il sonra...
Abrahamyandan İrəvan və Göyçə ETİRAFI: 1-2 il sonra...11-12-2020, 12:08. Разместил: azadses |
İrəvan, Zəngəzur, Göyçəni tarixi Azərbaycan torpaqları elan edən Əliyev yeni bir şey demədi. ''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bu sözləri “Anaket” analitik mərkəzinin rəhbəri Tiqran Abrahamyan qeyd edib. “Bu, zehni və ya açıq şəkildə Qarabağın bizə bir yük olduğunu və problemlərimizin Qarabağ ilə başlayıb bitdiyini düşünənlərin hamısına ünvanlanır. Növbəti müharibəyə hazırlaşmalıyıq - 1, 2 və ya 10 ildən sonra... Bunu dəqiq demək hələ çətindir”, - o bildirib. Tiqran Abrahamyan bildirib ki, indi Ermənistan yeni islahatlar və təhlükəsizliyin təmin edilməsi prosesinə başlamalıdır: “Ancaq görürəm ki, Ermənistanın və onun liderinin siyasi gücü tamamilə əksini edir. Onlar bizi bütün effektiv mübarizə imkanlarından məhrum edir. Başqa seçiminiz yoxdur, getməlisiniz”. Qeyd edək ki, ötən gün Bakıda keçirilən hərbi paradda İlham Əliyev İrəvan, Zəngəzur və Göyçənin tarixi Azərbaycan torpaqları olduğunu söyləmişdi: “Sonra müasir Ermənistan ərazisində yaşayan azərbaycanlılar doğma yurdlarından qovuldu. Zəngəzur, Göyçə, İrəvan - bunlar hamısı tarixi Azərbaycan torpaqlarıdır. Xalqımız orada əsrlər boyu yaşayırdı, lakin Ermənistan rəhbərliyi yüz minlərlə azərbaycanlını doğma torpaqlarından didərgin saldı. Sonra eyni mənzərə Qarabağda - Xocalı soyqırımı, Dağlıq Qarabağ ərazisini Ermənistanla birləşdirən Şuşa və Laçının ələ keçirilməsində müşahidə edildi”. Вернуться назад |