Главная > Siyasət > Qarabağla bağlı ikinci mərhələ başlayır - QƏRB NƏ DEYƏCƏK?

Qarabağla bağlı ikinci mərhələ başlayır - QƏRB NƏ DEYƏCƏK?


11-12-2020, 11:58. Разместил: azadses
"Rəcab Təyyib Ərdoğanın çıxışı onu göstərir ki, o, müharibə prosesini yaxından izləyib, işğal altında olmuş torpaqlarımıza bələddir. Azərbaycanda bəzi nsanlar heç o əraziləri tanımır, hətta səhv salır. Bugün beynəlxalq hüquq faktiki olaraq güc üzərində bərqərar olub. Güclü dövlətlərlə münasibətlərin qurulması, onlarla ittifaqda olmaq önəmlidir. Bizim qazandığımız qələbə münasibətlərimizdə yeni yanaşmalara ortaya çıxaracaq".

''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, bu sözləri siyasi şərhçi Nəsimi Məmmədli bildirib. O deyib ki, Azərbaycan dövləti Qarabağla bağlı hərbi mərhələni yekunlaşdırmışıq:
"Lakin qarşıda diplomatik-siyasi mərhələ var. Bu, hələ tam başa çatmayıb. Birinci mərhələni güclü tərəf olaraq bitirdik. İkinci mərhələdə isə əsas olan siyasi resurslardan düzgün istifadədir. Qərb dövlətləri bu məsələnin hərbi yolla həll edilməsində maraqlı deyildi. Çünki bu, onu prosesdən kənarda qoyur. Əgər Qərb hərbi mövqedən dəstək olaraq prosesə daxil olsaydı, ciddi hadisələr yaşana bilərdi. Ona görə də, Qərbin bu prosesə daxil olması üçün insan hüquqları, danışıqlar məsələsində iştirak etməsi vacib idi. Bizim yarada biləcəyimiz əməkdaşlıqlar mövcud məsələnin qalıcı həllində böyük rol oynaya bilər".



Вернуться назад