Главная > Siyasət > Türkiyə XİN açıqlama YAYDI
Türkiyə XİN açıqlama YAYDI11-12-2020, 11:15. Разместил: azadses |
"Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti cənab İlham Əliyevin dəvəti ilə dekabrın 9-10-da dost və qardaş Azərbaycanda rəsmi səfərdə olub. Bu mənalı ziyarət çərçivəsində xalqlarımızın daha da yaxınlaşmasının önünü açacaq iki ölkə vətəndaşlarının şəxsiyyət vəsiqələri ilə qarşılıqlı səyahətlərinə imkan yaradan protokolun imzalanmasından böyük məmnunmiyyət duyuruq". ''Azad Səs'' Sonxeber.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib. "Azərbaycanın Türkiyə vətəndaşlarına tətbiq etdiyi vizanın ləğv edilməsindən sonra 2020-ci ilin fevralın 25-də iki ölkə vətəndaşlarının vizasız qalma müddəti 30 gündən 90 günədək artırılıb. Cənab nazirimizin azərbaycanlı həmkarları ilə dekabrın 10-u imzaladığı bu protokol ilə də iki ölkə vətəndaşları sadəcə şəxsiyyət vəsiqələri ilə Türkiyə və Azərbaycana qarşılıqlı olaraq səfər edə biləcəklər. Xalqlarımız arasındakı təması daha da artıracaq bu addım, eyni zamanda, Can Azərbaycan ilə münasibətlərimizin çatdığı səviyyəni göstərməsi baxımından əhəmiyyətlidir",- nazirliyin açıqlamasında vurğulanıb. Вернуться назад |