Главная > Siyasət > Lavrov: “Guya bölgənin bölünməsi məsələsində Türkiyə ilə razılığa gəlmişik...”

Lavrov: “Guya bölgənin bölünməsi məsələsində Türkiyə ilə razılığa gəlmişik...”


11-12-2020, 09:50. Разместил: azadses
“Rusiya Qərbdə Dağlıq Qarabağa müdaxilə etməkdə ittiham olunur. Qərb Rusiyanı başqa dövlətlərin işlərinə “müdaxilə”də ittiham etmək üçün bir çox səbəb gətirməyə hazırdır”.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov deyib.
 
“Onların iddialarına görə, guya Dağlıq Qarabağa yalnız Qərbə qarşı geosiyasi mövqelərimizi gücləndirmək üçün müdaxilə etdik, guya bu bölgənin bölünməsi məsələsində Türkiyə ilə razılığa gəlmişik. Bu, hazırda Avropa və ABŞ, xüsusən də Britaniya adalarında üstünlük təşkil edən analitiklərin məntiqi və psixologiyasıdır”, - nazir bildirib.

Вернуться назад